SİYASƏT


Səfir: İran-Azərbaycan əlaqələri gələcəkdə daha da genişlənəcək

Tehran, 23 yanvar, AZƏRTAC

İran regionda sabitliyin daha da möhkəmlənməsi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kömək göstərməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Mehr agentliyinə müsahibəsində deyib.

Səfir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İran tərəfindən tanındığını bildirərək iki qonşu və dost ölkə arasındakı münasibətlərin inkişaf mərhələsində olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, iki dövlət arasındakı ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz, 2018-ci ildə isə 73 faiz artıb. Beynəlxalq əhəmiyyət daşıyan birgə nəqliyyat layihələri üzərində iş aparılır. Ötən il İran Prezidenti Həsən Ruhaninin Azərbaycana etdiyi rəsmi səfər də çox uğurlu oldu. Qarşılıqlı əməkdaşlıq haqqında bir sıra sənədlər imzalandı və onların icrasına başlanıb. Ötən il, həmçinin İranın rabitə və informasiya texnologiyaları naziri, təhlükəsizlik naziri, sərhəd qoşunlarının komandanı və digər rəsmi şəxslər Azərbaycana səfərlər ediblər. Bütün səfərlər zamanı aparılan danışıqlar səmərəli olub və qarşılıqlı razılaşma ilə nəticələnib. Bunları nəzərə alaraq demək olar ki, bu gün İran-Azərbaycan münasibətləri inkişaf mərhələsini yaşayır və gələcəkdə daha da genişlənəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.