İQTİSADİYYAT


Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır VİDEO

Bakı, 20 may, AZƏRTAC

Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Səfir bildirib ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına kömək edəcək: “1997-ci il noyabrın əvvəlindən dekabrın sonunadək Koreyada olan iqtisadi problemlərlə bağlı biz Beynəlxalq Valyuta Fondundan çoxlu sayda kredit cəlb etmişdik. Həmçinin bildiyiniz kimi, Koreya çox güclü dövlətlərlə əhatə olunub. Biz həm də sürətli inkişafa nail olan bir ölkəyik. Koreyada da problemli kreditlər meydana gəlmişdi və biz bu problemləri xüsusi formada aradan qaldıraraq inkişafa nail olduq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.