CƏMİYYƏT


Səfir: Litva ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir

Bakı, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Litva artıq ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdən sonra jurnalistlərə açıqlamasında Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas bildirib.

Səfir deyib ki, bu yay bu istiqamətdə uşaqlar üçün yay məktəbi təşkil ediblər. Yay məktəbində İkinci Qarabağ müharibəsində valideynlərini itirmiş uşaqlar da iştirak ediblər.

“Bu yay məktəbi uşaqların ətraf mühit, ekologiya ilə bağlı bilgilərini artırmağa yönəlmişdi. Hesab edirəm ki, irəli baxmaq, yenidən qurmaq, ağaclar əkmək, ətraf mühitə qorumaq vacibdir. Bunları hər yerdə, həmçinin Qarabağda etmək lazımdır”, – deyə diplomat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.