SİYASƏT


Səfir: Məqsədimiz qardaş Türkiyədə gənc nəsli Azərbaycan haqqında daha dolğun məlumatlandırmaqdır VİDEO

Ankara, 24 may, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyi münasibətlə səfirliyimiz tərəfindən bir sıra tədbirlər planlaşdırılır. Onlardan biri də həyata keçirməyə başladığımız “Azərbaycanı daha yaxından tanıyaq!” layihəsidir. Məqsədimiz qardaş ölkədə şagirdləri, gəncləri Azərbaycan haqqında daha dolğun məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ifadə edib.

Səfir əminliklə bildirib ki, Azərbaycan otağı qurulan məktəblərdə ölkəmizlə bağlı tədbirlər daha da çoxalacaq və eyni zamanda, daha əhəmiyyətli məlumatların çatdırılması üçün imkanlar genişlənəcək.

Qeyd edək ki, Türkiyədəki səfirliyimizin qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi ilə həyata keçirdiyi layihə qardaş ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan otağını işlədiyi və yaxud oxuduğu məktəbdə görmək istəyənlərin sayı günbəgün artır.

İlk Azərbaycan otağı Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində, ikincisi isə Ankarada açılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.