SİYASƏT


Səfir Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Səfir Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Moskva, 31 mart, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın 31-də bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, bir sıra aktual regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sənədlər əsasında normallaşması perspektivləri müzakirə olunub.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.