İQTİSADİYYAT


Səfir: Qəzvin-Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra İran-Azərbaycan ticarət dövriyyəsi 2 milyard dollara çatacaq

Tehran, 17 iyul, AZƏRTAC

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Rəşt şəhərində iş adamları ilə keçirdiyi görüşdə deyib. Səfir bildirib ki, hazırda iki ölkə arasında ticarət mübadiləsinin miqdarı gömrüklər vasitəsilə 500 milyon, neft ixracatı üzrə 350 milyon, turizm sektorunda isə 400 milyon dollara çatıb.

Diplomat nəzərə çatdırıb ki, hər iki ölkənin prezidenti siyasi iradə nümayiş etdirərək bütün sahələr üzrə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə səmərəli fəaliyyət göstərirlər. Məhz prezidentlərin fəaliyyətlərinin nəticəsidir ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti çəkilərək istifadəyə verilib. Hazırda bu yol vasitəsilə İran Azərbaycan üzərindən idxal və ixrac əməliyyatlarını həyata keçirir. Gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astar yolu da çəkiləcək və İran ilə Azərbaycanın ticarət dövriyyəsi artacaq. Bununla yanaşı Azərbaycan tranzit rolunu oynayaraq İran mallarının Rusiya və Avropa dövlətlərinə daşınmasında əhəmiyyətli rol oynayacaq.

İranlı diplomatın sözlərinə görə dəmir yolunun istifadəyə verilməsi Azərbaycan ilə sərhəddə yerləşən Gilan vilayətinin iqtisadiyyatı və əhalisinin sosial vəziyyəti yaxşılaşacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.