Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfir Qo Min: Çin-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb

Səfir Qo Min: Çin-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb

Bakı, 30 sentyabr, AZƏRTAC

1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan möhkəm təməl üzərində qurulan ikitərəfli münasibətlər qarşılıqlı fayda əsasında uğurla inkişaf edir. İkitərəfli münasibətlərin inkişafı kursu həm Azərbaycan rəhbərliyinin, həm də ÇXR rəhbərliyinin xarici siyasətində həmişə prioritet olub.

Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edir. Böyük İpək Yolu ilə tarixən bağlı olan Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq son illərdə yeni təkan alıb. Bu, ilk növbədə Avrasiya nəqliyyat-iqtisadi dəhlizlər yaradılması, habelə İpək Yolu boyunca yerləşən ölkələrin humanitar əlaqələrinin genişləndirilməsi, siyasi ünsiyyət və mədəniyyətlərarası dialoq üzrə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı ilə bağlıdır.

AZƏRTAC bu münasibətlə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin məqaləsini təqdim edir.

X X X

2022-ci il oktyabrın 1-də Çin Xalq Respublikasının yaradılmasından 73 il keçir. Bu mühüm hadisə ilə əlaqədar ÇXR-in Azərbaycandakı səfirliyi adından Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinə - daim Çinin inkişafının qayğısına qalan, ölkələrimiz arasında dostluğu dəstəkləyən insanlara səmimi minnətdarlığımı və dərin hörmətimi bildirmək istərdim. İcazə verin, Azərbaycandakı bütün həmvətənlərimi də səmimi qəlbdən salamlayım və təbrik edim.

73 il bundan əvvəl Çin Xalq Respublikası yaradıldığı andan Çin xalqı Çin Kommunist Partiyasının qətiyyətli rəhbərliyi ilə əzmlə çalışır, öz milli reallıqlarına uyğun gələn Çin spesifikalı sosializm yolu ilə irəliləyir. Bu illər ərzində Çin öz qüdrətini artırmaq, böyük nailiyyətlər qazanmaq üçün güclü sıçrayış edib. Bu nailiyyətlər Çin millətinin və bəşər sivilizasiyasının inkişafı tarixinə daxil olub. Çinin iqtisadi, elmi və texnoloji qüdrəti və beynəlxalq təsiri yeni səviyyəyə çatıb. Çin dünyada ikinci ən böyük iqtisadiyyata malik olan ən iri sənaye dövləti, əmtəələrin ən iri tədarükçüsü və valyuta ehtiyatlarının ən iri sahibi olub. Çin həm də dünya iqtisadiyyatının “mühərriki”, regional əməkdaşlığın “sürətləndiricisi” və qlobal inkişafın “sabitləşdirici lövbəri” olub.

XVIII Ümumçin qurultayından sonra yoldaş Si Çinpin başda olmaqla Çin Kommunist Partiyası Mərkəzi Komitəsi böyük tarixi təşəbbüskarlıq, böyük siyasi mərdlik və böyük məsuliyyət nümayiş etdirərək, çətinlikləri aradan qaldıraraq köhnəlikləri inqilabi şəkildə dəyişdirib, yeniliyi təşviq edib, tarixi nəticələrə nail olmaq və tarixi islahatlar keçirmək üçün partiya və dövlətin işini irəli aparıb. Çin millətinin böyük dirçəlişi kimi qarşısıalınmaz tarixi proses belə başlanıb. 2021-ci ildə Çinin ÜDM-i 17,73 trilyon AB, dollarına çatıb, adambaşına ÜDM 12.500 dollardan çox olub. Dünya iqtisadiyyatının artımına Çin iqtisadiyyatının ümumi töhfəsi təqribən 30 faiz səviyyəsində qalıb və Çin dünyada iqtisadi artımın ən iri hərəkətverici qüvvəsinə çevrilib. Biz bu yüzilliyin birinci hədəfinə uğurla çatmışıq: Çində orta təminatlı cəmiyyət qurulub. Çin xalqı mütləq yoxsulluq problemini həll edib və yüzilliyin ikinci hədəfinə - modernləşdirilmiş böyük sosialist dövləti qurmaq yoluna qədəm qoyub. Çin diplomatiyası əzmlə və novatorcasına irəliləyir, tarixi nailiyyətlər qazanır. Çin spesifikalı böyük dövlətin diplomatiyası hərtərəfli inkişaf edib. “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə həyata keçirilməsində səmərəli praktiki nəticələr əldə edilib; vahid taleli bəşər cəmiyyətinin qurulması zamanın ruhunu və bəşəriyyətin hərəkət istiqamətini göstərən bayrağa çevrilib. Qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüsləri iki əsas beynəlxalq problem – sülhün təmin edilməsi və inkişaf üçün yeni qərarlar və ideyalar aşkara çıxarıb. Yeni dövrdə Çin həmişə öz inkişafını bəşəriyyətin inkişaf koordinatları sisteminə uyğunlaşdırıb. Çin inkişaf yolunda durmadan irəliləyir, dünyaya xeyir verir, bütün dünyada sülhün qurucusu, qlobal inkişafın iştirakçısı və beynəlxalq asayişin müdafiəçisi kimi çıxış edərək insanların qəlbini fəth edir.

Oktyabrın 16-da Pekində Çin Kommunist Partiyasının XX Ümumçin qurultayı keçiriləcək. Fövqəladə əhəmiyyətə malik olan bu tədbir başa çatanda partiyamız modernləşdirilmiş sosialist dövləti quruculuğuna və yüzilliyin ikinci hədəfinə nail olmaq üçün yeni yürüşə çıxacaq. Qurultayda islahatlar və Çinin inkişafı gedişində toplanmış mühüm nailiyyətlər və qiymətli təcrübə hərtərəfli ümumiləşdiriləcək, milli inkişafın yeni reallıqları və xalqın gözləntiləri tam şəkildə nəzərə alınmaqla fəaliyyət proqramları və siyasi kurslar müəyyən ediləcək. Biz Çin spesifikalı modernləşmə vasitəsilə Çin millətinin dirçəldilməsi üçün israrla çalışacaq, bəşəriyyətin vahid taleli cəmiyyətinin qurulmasına fəal kömək edəcək, Çinin gələcək inkişafı sayəsində dünyaya yeni imkanlar açacaq, bütün dünyada sülhün və inkişafın, bəşər sivilizasiyasının tərəqqisinin təmin edilməsinə öz müdrikliyimizi və qüvvəmizi sərf edəcəyik.

Bu il biz Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyini təntənəli şəkildə qeyd edirik. Bu 30 il ərzində Çin-Azərbaycan münasibətləri daim dəyişməkdə olan beynəlxalq şəraitdə zamanın sınağından uğurla çıxıb. Bizim qarşılıqlı siyasi etimadımız daim dərinləşib, praktiki əməkdaşlıq səmərəli nəticələr verib, humanitar və mədəni əlaqələr daha sıx olub. Ənənəvi dostluq dərinləşib. Hazırda bizim ikitərəfli münasibətlərimiz tarixi yüksək səviyyəyə çatıb. Sentyabrın 15-də ÇXR sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti çərçivəsində uğurlu ikitərəfli görüş qarşılıqlı münasibətlərin gələcək inkişafının yeni istiqamətini müəyyən edib, bu prosesə yeni təkan verib. ÇXR sədri Si Cinpin vurğulayıb ki, hər iki tərəf qarşılıqlı münasibətləri strateji baxımdan nəzərdən keçirməli və planlaşdırmalıdır. Tərəflər qarşılıqlı etimadı möhkəmlətməli, qarşılıqlı dəstəyi gücləndirməli, müxtəlif sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın sabitliyinə, dərinliyinə və praktiki səmərəsinə şərait yaratmalıdır.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan hökuməti və Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin dost əhval-ruhiyyəli nümayəndələri ilə birlikdə dövlət başçıları arasında əldə edilmiş mühüm konsensusu qətiyyətlə həyata keçirmək üzərində çalışmağa, “Bir kəmər, bir yol” birgə təşəbbüsü çərçivəsində praktiki əməkdaşlığı dərinləşdirməyə, ikitərəfli münasibətləri daha yüksək səviyyə çatdırmağa hazırdır.

Müdriklər demişkən, yolçu yolda gərək. Bu əsrdə baş vermiş, əvvəllər misli görünməmiş pandemiya və digər qlobal hadisələr fonunda dünya yeni coşqun dəyişikliklər dövrünə qədəm qoyub. Tarixdə və dünyada nadir hallarda rast gələn risklər və təhdidlər qarşısında Çin Azərbaycan ilə birgə işləməyə, tarixin və bəşəriyyətin tərəqqisində düzgün mövqe tutmağa hazırdır. Gəlin əl-ələ verib bəşəriyyətin vahid gələcəyini quraq, dünyamızı birlikdə təkmilləşdirək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib