SİYASƏT


Səfir Seyid Abbas Musəvi: İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC 

Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

Səfir bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. “Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.