SİYASƏT


Səfir: Son zamanlar Azərbaycan-Rusiya münasibətləri fəal inkişaf edir VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

Son zamanlar Azərbaycan-Rusiya münasibətləri fəal inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Ötən il həyata keçirilmiş qarşılıqlı səfərlərə toxunan səfir qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri xüsusilə regionda münaqişənin həllindən sonra daha da fəallaşıb. Bu əlaqələrin əsas hərəkətverici qüvvəsi isə iki ölkənin dövlət başçıları arasında qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.

Diplomat qeyd edib ki, 2022-ci ildə ikitərəfli münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq və bununla əlaqədar tədbirlər planı hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.