İQTİSADİYYAT


Səfir: Türkiyənin şərq bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzatmağı düşünürük

Bakı, 17 aprel, Elvin Camalov, AZƏRTAC

Türkiyənin şərq bölgələrinə olan turizm marşrutunu Naxçıvana qədər uzadıla bilər.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Türkiyənin şərq bölgələrinə, əsasən də Qars, İğdır kimi şəhərlərinə turistlərin axını ötən ildən artmağa başlayıb. Məqsədimiz Naxçıvan ilə əlaqəli şəkildə bu turizm marşrutunu Naxçıvana qədər uzatmaqdır.

“Naxçıvan ilə Türkiyə arasındakı turizm əlaqələrini daha da inkişaf etdirməklə Türkiyədən Naxçıvana gələn turistlərin sayını artırmaq niyyətindəyik. Naxçıvanın tarixi, təbiətinin gözəlliyi, duz mağaralarının mövcudluğunu nəzərə alaraq turistlər üçün böyük maraq kəsb edən bir yer olduğunu söyləmək olar”,- deyə səfir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.