SİYASƏT


Səfir Vilayət Quliyev: Paşinyan hökuməti siyasi proses üçün şans saxlamayıb

Budapeşt, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bu ölkənin nüfuzlu “Magyar Nemzet” qəzetinə müsahibə verib (bax: https://magyarnemzet.hu/kulfold/kozel-voltunk-a-megegyezeshez-de-most-mar-nincs-mas-megoldas-8870981/).

AZƏRTAC xəbər verir ki, qəzet müxbirinin ölkələrimizin ikitərəfli münasibətlərinə və Azərbaycanın işğal olunmuş ərazilərində hazırda baş verən hadisələrə dair sualını cavablandıran səfir Azərbaycan ilə Macarıstan arasında genişlənən əməkdaşlıq haqqında söhbət açıb. V.Quliyev strateji tərəfdaşlıq barədə 2014-cü ildə imzalanan sazişi xatırladıb. İki ölkənin paytaxtları arasında birbaşa hava reysi açılıb, yüzlərlə azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində “Hungaricum” proqramı üzrə təhsil alır. Səfir qeyd edib ki, Macarıstanın “MOL” enerji konserni Azərbaycanda sanballı investordur.

Bütün bu amillər ölkələrimizi sıx əlaqələndirib. Təəccüblü deyil ki, Ermənistan-Azərbaycan münaqişəsinin qaynar fazasının başlanması ilə əlaqədar Macarıstan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək kimi ədalətli niyyətini dəstəklədiyini bildirən ilk ölkələrdən biri olub.

Səfir münaqişə barədə sualları cavablandırarkən münaqişənin mənbəyinə və mahiyyətinə toxunub. O, danışıqlar aparılan illər ərzində erməni tərəfinə təqdim edilən konstruktiv təkliflər barədə ətraflı söhbət açıb və qeyd edib ki, Nikol Paşinyan hökuməti bu təkliflərin cavabında provokasiyalara əl atıb. Ermənistanın yeni baş naziri öz hərəkətləri ilə siyasi prosesin davamı üçün heç bir şans saxlamayıb. V.Quliyev deyib: “Siyasətçi deməz ki, bu və ya digər münaqişənin diplomatik həlli yoxdur”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.