CƏMİYYƏT


Səfirlik: ABŞ-dəki Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub

Bakı, 13 mart, AZƏRTAC

Vaşinqtondakı Amerika-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub.

Azərbaycanın ABŞ-dəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbin bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim çıxış edib. Səfir deyib ki, hər bir millətin varlığını müəyyənləşdirən amillərdən biri onun dilidir və hər millət özünün dilinin mühafizəkarı olmalıdır. Dilimizin qorunması Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. Dövlətimizin başçısının bununla bağlı imzaladığı sərəncamlar xaricdə yaşayan soydaşlarımızın da qarşısına müəyyən öhdəlik qoyur. Sevinirik ki, bu məktəbin yenidən bərpası ABŞ-da yaşayan azərbaycanlı ailələrin uşaqlarına öz ana dilinin öyrədilməsi işində dəstək olacaq.

Tədbirdə çıxış edən Amerika Universitetinin elmi işçisi, doktorant Şəlalə Vəliyeva iştirakçıları məktəbin yenidən işlənib hazırlanmış təlim-tədris proqramı barədə məlumatlandırıb.

Mərasimdə kamança ustası Toğrul Orucov milli musiqilərimizi ifa edib. Azərbaycanlı ailələr Vətəndən uzaqda olmalarına baxmayaraq, hər zaman dövlətimizin qayğısını hiss etdiklərini və ana dilimizin öyrənilməsi üçün övladlarına belə şansın verilməsindən böyük sevinc hissi keçirdiklərini deyiblər.

Qeyd edək ki, Azərbaycan Məktəbində ana dilimizin tədrisi ilə yanaşı, milli musiqi və rəqslərimiz, rəsm dərsləri, intellektual oyunlar, o cümlədən peşəkar şahmatçılar tərəfindən uşaqlar üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.