SİYASƏT
Səfirliklərin təhlükəsizliyinə yerləşdiyi ölkə cavabdehlik daşıyır
Bakı, 28 yanvar, Səlim Rəhimzadə, AZƏRTAC
Bildiyimiz kimi yanvarın 27-də səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum təşkil edilib. Belə halların baş verməsi heç də yaxşı hal deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında texnika üzrə fəlsəfə doktoru Bayram Aslanov deyib.
O qeyd edib ki, səfirliklər hər bir dövlətin daxilində digər bir ölkəni təmsil edir və təhlükəsizliyindən yerləşdiyi ölkənin hüquq mühafizə qüvvələri cavabdehlik daşıyırlar.
“Üzücü xəbər ondan ibarətdir ki bir nəfər şəhidimiz var. Məlumumuz olduğu kimi hücumda istifadə olunan silah həcmcə heç də gizlədilmiş şəkildə daşınacaq silah deyil. Tanınmış marka silahla cinayətkarın və ya cinayətkarların səfirliyimizin binasına qədər necə gəlib çatmaları müəyyən şübhələr yaradır. Bütün hallarda terrorun Vətəni, milliyyəti və vətəndaşlığı olmur. Ümid edirik ki, hadisəyə hüquqi qiymət veriləcək”.