MƏDƏNİYYƏT


“Segah” muğamı Babək Niftəliyevin ifasında VİDEO

Bakı, 10 mart, Flora Şükürova, AZƏRTAC

Martın 10-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə tanınmış xanəndə, Əməkdar Artist Babək Niftəliyevin ifasında “Segah” muğamı səsləndirilib.

Muğam axşamında xanəndəni tarda Ayaz İmranov, kamançada Elnur Mikayılov, balabanda Rafael Əsgərov, nağarada Ramin Abdullayev və kanonda Humay Abbas müşayiət edib. Konsert çərçivəsində bir-birindən parlaq xalq mahnıları və təsniflər də ifa olunub.

Qeyd edək ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.