REGİONLAR
Şəhər bələdiyyələrinin illik büdcə gəlirlərində 7,3 faiz artım müşahidə edilib
Şirvan, 19 dekabr, A.Yavərzadə, AZƏRTAC
Şəhər bələdiyyələrinin gəlirləri 2020-ci ildə 12,4 milyon manat, ümumilikdə ölkə bələdiyyələrinin illik gəlirlərinin təxminən yarısını - 49,6 faiz, 2021-ci ildə 15,0 milyon manat (40,0 faiz), 2022-ci ilin 11 ayı üzrə isə 16,1 milyon təşkil edib. Şəhər bələdiyyələrinin illik büdcə gəlirlərində 2021-ci ildə 21,0 faiz, 2022-ci ildə isə 7,3 faiz artım müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında Assosiasiyanın sədri Təmraz Tağıyev hesabat məruzəsində söyləyib.
“2022-ci ilin göstəricisinin dekabr ayındakı daxilolmalara görə artması gözlənilir. On bir ayın yekunlarına görə vergi və ödənişlərdən 14,7 milyon manat və ya 91,3 faiz, dotasiya və subvensiyadan isə 1,4 milyon manat və ya 8,7 faiz şəhər bələdiyyələrinin büdcəsinə daxil olub”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]