REGİONLAR


Şəhid Əbülfəz Mehdiyevin xatirəsi anılıb

Sumqayıt, 1 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyində I Qarabağ müharibəsi şəhidi Əbülfəz Mehdiyevin anım günü keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhidin keçdiyi şərəfli həyat yolu haqqında məlumat verilib. Çıxış edənlər arasında şəhidin əmisi oğlu, “Qarabağ” ordenli, Şuşa fatehi Ehtiram Məmmədov, döyüş yoldaşları Xudayət, Muxtar, Vüqar qəhrəman dostları haqqında xatirələrini bölüşüblər.

Mərasim V.Əliyev adına rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin, eləcə də şəhid Ə.Mehdiyevin adını daşıdığı Qubadlı şəhər Uşaq musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda şəhidin ailə üzvləri çıxış edərək Prezident İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.