SİYASƏT


Şəhid Adil Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim ediləcək

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, medal mayın 22-də Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində Adil Tatarovun ailəsinə təqdim ediləcək.

Xatırladaq ki, mayın 20-də düşmənin növbəti təxribatının qarşısını alarkən həlak olan şəhid Adil Tatarov doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində son mənzilə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.