CƏMİYYƏT


Şəhid Əmir Kazımovun ailəsi ziyarət edilib

Bakı, 15 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bakının Xəzər rayonunda şəhid Əmir Kazımovun ailəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidimizin vətənpərvərliyindən, haqq savaşında göstərdiyi igidliklərdən bəhs olunub.

Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.

Ziyarət zamanı bütün şəhidlərimiz kimi, Əmir Kazımovun da xatirəsinin daim əziz tutulacağı vurğulanıb və ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şücaətlər göstərən Əmir Kazımov Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.