CƏMİYYƏT


Şəhid Bilal Qənbərovun doğum günü Bolnisi rayonunun Arıxlı kəndində qeyd edilib

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Gürcüstan əsilli Vətən müharibəsi şəhidi Bilal Qənbərovun ad günü anadan olduğu Bolnisi rayonunun Arıxlı kəndində yad edilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.

Səfirliyin birinci katibi Anar Rəsulov səfir Faiq Quliyev və diplomatik nümayəndəliyin heyəti adından şəhidin yaxınlarına başsağlığı verib, onlara səbir diləyib.

Səfirliyin adından şəhidin adına açılmış bulağın önünə əklil qoyulub, kəndin imamı şəhidin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün qəhrəmanların ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr və dualar oxuyub.

Mərasimdə Qənbərov Bilal Xanlar oğlunun Şuşaya qədər davam edən şərəfli döyüş yolundan danışılıb, xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanıb.

Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.