REGİONLAR


Şəhid Cavidan Bədəlov İsmayıllıda dəfn olunub VİDEO

İsmayıllı, 14 sentyabr, AZƏRTAC

Erməni silahlı birləşmələrinin təxribatını dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Cavidan Bədəlovdur. Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Talıstan kəndində dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, yaxınları iştirak ediblər.

Vida mərasimdən sonra üçrəngli, ay-ulduzlu bayrağa bükülən şəhidimizin nəşi Talısatan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindən sonra şəhidimizin döyüş yolundan söhbət açılıb, “Qurani Kərim”dən ayələr oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.