SİYASƏT


Şəhid Elvin Abasovun xatirəsi yad edilib VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igidlərimizin xatirələrinin yad edilməsi, onları tanımaq və tanıtmaq məqsədi ilə "Şəhidlər ölməz - Vətən bölünməz" silsiləsindən daha bir tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhid Elvin Səxavət oğlu Abasovun xatirəsi anılıb.

Tədbirdə şəhidin ailə üzvləri, müəllimləri, dostları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət himnimiz səsləndirilib.

Çıxış edənlər şəhidin şərəfli həyat və döyüş yolundan söz açıb, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə E.Abasov “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Şəhidin anası Bahar Abasova çıxış edərək övladının xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Sonra E.Abasovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.