REGİONLAR


Şəhid Fərhad Rzazadənin xatirəsi yad olunub VİDEO

Füzuli, 17 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Rzazadə Fərhad Mirzə oğlunun ad günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ad günündə ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, Bala Bəhmənli kəndinin bağça kollektivi, Qarabağ müharibəsi qaziləri və Bala Bəhmənli kənd sakinləri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər Fərhadla bağlı xatirələrdən söhbət açıblar. Bildirilib ki, 2001-ci il dekabrın 12-də Füzulinin Bala Bəhmənli kəndində anadan olan Fərhad hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib. Məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Uğurlu xidmətinə Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Vətən müharibəsində Murov dağ və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Fərhad Rzazadə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunması görə" medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.