CƏMİYYƏT


Şəhid Hüseyn Tağıyevin doğum günündə xatirəsi anılıb

Bakı, 8 avqust, AZƏRTAC

Vətən müharibəsi şəhidi Tağıyev Hüseyn Oqtay oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda Hüseyn Tağıyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Hüseyn Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.