CƏMİYYƏT


Şəhid Məhəmməd Şəbiyevin xatirəsi anılıb

Bakı, 7 avqust, AZƏRTAC

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Məhəmməd Vaqif oğlu Şəbiyevin doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvlərinin, yaxınları və döyüş yoldaşlarının iştirak etdikləri tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri şücaətdən danışıblar. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olanların şərəfli ömür və döyüş yolundan söz açanlar bildiriblər ki, onların vətənpərvərlik və mübarizliyi daim gənclərə örnək olacaq.

Vurğulanıb ki, Vətən uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.