CƏMİYYƏT


Şəhid Murad Rəsulovun ailəsi ziyarət olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Murad Rəsulovun Şabran rayonunda yaşayan ailəsini ziyarət ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsinin təmin olunması ailənin diqqətinə çatdırılıb və şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.