SİYASƏT


Şəhid Müşfiq Orucovun anım mərasimi keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Aprel şəhidi Müşfiq Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi veteranları, respublikamızın tanınmış incəsənət nümayəndələri, Zəngilan Rayon İcra Hakimiyyətinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar.

Şəhidin atası Arif Orucov ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Digər çıxış edənlər şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıblar.

Sonra şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir Xalq artisti Niyaməddin Musayevin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konserti ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.