REGİONLAR


Şəhid Orxan Cabbarov Quba Şəhidlər xiyabanında torpağa tapşırılıb VİDEO

Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC

Dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan giziri Cabbarov Orxan Hətəm oğlu noyabrın 18-də Qubada dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Şəhid Orxan Cabbarov Quba rayonunun Davidoba kəndindəndir. Zəfərlə başa çatan Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində qəhrəmanlıqla döyüşüb. Göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.

Orxan Cabbarov Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə yaylım atəşi açılıb, Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.