İDMAN


Şəhid Qoşqar Ömərovun xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

Bakı, 3 may, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, ümumi hesabda Paşam Əlizadə, qızlar arasında isə Fatimə Abdullayeva birinci yeri tutublar. Allahverdi Həmidov, Ayan Allahverdi yarışı ikinci, Yunis Mahmudzadə və Fidan Təhməzova isə üçüncü pillədə başa vurublar.

Şəhid Qoşqar Ömərov “Vətən uğrunda”, “Fizulinin azad olunmasına” və “Xocavəndin azad olunmasına” görə medalları ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.