CƏMİYYƏT


Şəhid Rəşad Qasımovun ailəsi ziyarət olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanların ailələrinə ziyarətləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş şəhid Rəşad Qasımovun Cəlilabad rayonu Alar kəndində yaşayan ailəsi ilə olub. Söhbət zamanı şəhid ailələrinə dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.

Torpaqların azadlığı uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.

Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.