ELM VƏ TƏHSİL
Şəhid Sayad Hacıyevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyində qorunur
Bakı, 14 mart, AZƏRTAC
Şəhid Sayad Hacıyevin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Şəhid Sayad Hacıyevin doğum günündən 21 il ötür. O, 2001-ci il martın 14-də Zaqatala rayonunda anadan olub. Bakı Şəhər Dövlət Dəmiryolu Liseyində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsində iştirak edən Sayad Hacıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib. O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sayad Hacıyev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.