CƏMİYYƏT


Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 16 aprel, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr olunmuş esse-yazı müsabiqəsi”nin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimindən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə şəhidin valideynləri və esse-yazı müsabiqəsinin qalibləri iştirak ediblər. Vüqar Məmmədovun valideynləri şəhidin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürlərini bildiriblər.

Mərasimdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Vətən müharibəsində şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, onların qəhrəmanlıqlarının gələcək nəsillərə nümunə olacağını diqqətə çatdırıblar.

Sonra esse-yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.