CƏMİYYƏT


Şəhid Vüsal Abdullayevin ailəsi ziyarət olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vüsal Abdullayevin ailəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb, xatirəsinin qəlbimizdə yaşayacağı vurğulanıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vüsal Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ailənin sosial vəziyyəti araşdırılıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.