CƏMİYYƏT


Şəhid Xəyal Əhədzadənin ailəsi ziyarət olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid Xəyal Əhədzadənin Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayan ailəsi ziyarət olunub.

Söhbət zamanı şəhid ailələrinə dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.

Torpaqların azadlığı uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.

Ailəyə müvafiq sosial ödənişlərin təyin olunması ilə bağlı sənədləşdirmədə köməklik göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.