CƏMİYYƏT


Şəhid Xəyal Süleymanov və Turan Məhərrəmovun ailələri ziyarət olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Süleymanov Xəyal Elxan oğlunun və Məhərrəmov Turan Tərlan oğlunun ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən ziyarət olunub.

ƏƏSMN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsinin təmin olunması ailələrin diqqətinə çatdırılıb.

Həmçinin şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirələrinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.