CƏMİYYƏT


Şəhid Zülfü Kərimovun ailəsinə “Vətən uğrunda” medalı təqdim edilmişdir

Masallı, 15 avqust (AZƏRTAC). Prezident İlham Əliyevin 2011-ci il 25 iyun tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Masallı rayonunun Qızılağac kənd sakini, şəhid Zülfü Kərimovun ailəsinə yüksək dövlət mükafatı təqdim edilmişdir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətində keçirilmiş mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İsa Nuriyev ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına göstərilən dövlət qayğısından danışmış, igid döyüşçü Zülfü Kərimovun şərəfli ömür yolunun gənclərə örnək olduğunu bildirmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Qızılağac kənd orta məktəbinin direktoru Təvəkkül Nəsirov, şəhidin qohumu Vüqar Əmənov və başqaları igid döyüşçü ilə bağlı xatirələrini danışmışlar.

Yüksək dövlət mükafatı şəhidin anası Fatimə Kərimovaya təqdim edilmişdir.

Şəhid anası F.Kərimova Vətən yolunda canından keçmiş oğlunun qəhrəmanlığından qürur duyduğunu vurğulamış, yüksək dövlət mükafatına görə ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.