REGİONLAR


Şəhid ailələri daim diqqət mərkəzindədir

Astara, 11 iyun, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon İcra Hakimiyyətinin, rayon təhsil və səhiyyə şöbələrinin nümayəndələri şəhid ailələrini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid mayor Kamran Fərəcovun, kapitan Şahnur Hüseynovun, Əli Feyziyevin, Baba Qasımovun, Sadiq Zeynalovun, Ruslan Əliyevin, Nurlan Rəhimovun və Kamran Seyfullazadənin ailələri ilə görüşən aksiya iştirakçıları onların problem və qayğıları ilə maqarlanıb, istək və arzularını dinləyiblər.

Aksiya iştirakçıları, həmçinin Ağstafa rayonundan olan şəhid İsmayılov Rəhman Mehti oğlunun Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan həyat yoldaşı və qızına baş çəkiblər. Onlar şəhidin 1 yaşı tamam olan qızı Aylinə hədiyyələr veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.