CƏMİYYƏT


Şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olan marafona 500-dək işəgötürən qoşulub

Bakı, 14 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”nda iştirak edənlərin sayı gündən-günə artır. Marafona qoşularaq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatına dəstək olan işəgötürənlərin sayı artıq 499-dur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış edərək mühüm sahədə öz töhfələrini verən həmin işəgötürənlərin 262-i dövlət, 237-si özəl müəssisələrdir.

İşəgötürənlər tərəfindən elektron sistemə 2388 vakansiya daxil edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda həmin kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.