CƏMİYYƏT


Şəhid ailələrinə Novruz sovqatları çatdırılıb

Bakı, 19 mart, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycanın Milli qəhrəmanlarının, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatları çatdırıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qurumun rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin, Nəsimi rayonunda Azər və Natiq Novruzov qardaşlarının və Sabunçu rayonunun Zabrat qəsəbəsində Əlizaman İslamovun ailələrinə baş çəkib, bayram münasibətilə ailə üzvlərini təbrik ediblər.

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət və qayğını fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir. Belə layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə onlara bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram sovqatlarının paylanması artıq başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.