CƏMİYYƏT
“Şəhid ailələrinə Ramazan sovqatı” aksiyasına start verilib
Bakı, 27 aprel, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondu müsəlman dini icmalarla birlikdə “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyasına start verib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində ilk tədbir Xəzər rayonunda baş tutub. Belə ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər Cümə” məscidi dini icmasının üzvləri rayondan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini ziyarət ediblər.
Mübarək Ramazan ayı münasibətilə Fondun maliyyə dəstəyi ilə başladılan aksiyada şəhid ailələrinin hər birinə 100 (yüz) manat məbləğində alış-veriş kartı təqdim olunub.
Qeyd edək ki, aksiya çərçivəsində Ramazan ayı boyunca ölkənin 13 şəhər və rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarəti nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:39]
Qədim pullar - FOTOREPORTAJ
- 24.04.2024 [15:49]