REGİONLAR


Şəhid ailələrinə qayğı diqqət mərkəzində saxlanılır

Xırdalan, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhid kapitan Veysəl Musibovun anası Səməngül Musibova ilə keçirilən görüşdə ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə, ümumilikdə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışılıb.

S.Musibova Xırdalandakı Şəhidlər xiyabanında aparılan yenidənqurma işlərindən xəbərdar olduğunu, şəhid oğlunun da orada uyuduğunu qeyd edərək, görülən işlərin yekunlaşacağı tarixlə maraqlanıb.

Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən “Şəhidlər” abidəsinin ərazisi genişləndirilib, beton-bərkitmə işləri aparılıb. Xüsusi memarlıq formasında inşa edilən abidənin ətrafına aqlay daşlar düzülür. Eyni zamanda, abidəyə aparan yol da təmir edilib, ətrafı abadlaşdırılıb. Həmişəyaşıl ağaclar və gül kolları əkilib. Abidə yaxın bir neçə günə tam hazır vəziyyətə gətiriləcək.

Daha sonra şəhid əsgər Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva və 9 yaşlı qardaşı Mirsalam ilə görüş keçirilib. Mirsalam bala tezliklə Qarabağa getmək arzusunda olduğunu və qardaşının şəhid düşdüyü torpaqları gəzmək istədiyini deyib. Elnarə Allahverdiyeva isə övladlarını vətənpərvərlik ruhunda böyütdüyünü vurğulayıb.

Görüşlərdə şəhid ailələrinin qarşılaşdıqları problemlər və qayğılarının həlli ilə bağlı tapşırıqlar verilib.

Şəhid ailələri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.