CƏMİYYƏT


Şəhid ailələrinin və qazilərin dərman vasitələri ilə təminində güzəştlər edilməsi məqsədəuyğundur

Şəhid ailələrinin və qazilərin dərman vasitələri ilə təminində güzəştlər edilməsi məqsədəuyğundur

Bakı, 29 mart, AZƏRTAC

Şəhid ailələrinin, qazilərin, əlillərin, təqaüddə olanların dərman vasitələri ilə təmin edilməsində güzəştlərin tətbiqi məqsədəuyğundur. Bu prosesi mərhələ-mərhələ həyata keçirmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 29-da keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı deyib.

Yeni qanun layihəsinin ölkədə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlandığını qeyd edən komitə sədri sənədi müsbət addım kimi dəyərləndirib.

Bəzi dərmanların qiymətinin baha olmasından danışan komitə sədri dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi istiqamətində də müəyyən işlərin görülməsinə ehtiyac yarandığını da diqqətə çatdırıb.

Əhliman Əmiraslanov, həmçinin tibbi tullantılarla bağlı dinləmənin keçirilməsini təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.