REGİONLAR


Şəhid anası: Prezidentimiz biz şəhid ailələrinə daim qayğı ilə yanaşır

Qobustan, 9 yanvar, AZƏRTAC

Şəhid anası Sütun Nəbiyeva Qobustan rayonunun Təklə Mirzəbaba kəndindəndir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüynə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən şəhid anası kimi ona da 11 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsini minnətdarlıqla qarşılayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sütun Nəbiyeva dövlətimizin başçısının növbəti humanist təşəbbüsünü şəhid ailələrinə qayğının nəticəsi kimi dəyərləndirir: “Övladım Vətən uğrunda canından keçdi. Torpaqlarımızın bütövlüyünü təmin etmək onun ən böyük amalı idi. Bu yolda şəhid oldu. Sağ olsun Prezidentimiz biz şəhid ailələrinə daim qayğı ilə yanaşır. Bir dəfəlik maddi yardımın verilməsi də bu qayğının təzahürüdür”.

Qeyd edək ki, şəhid Əlvan Mənsur oğlu Nəbiyev 1973-cü il sentyabrın 7-də Təklə Mirzəbaba kəndində dünyaya gəlib. 1992-ci ildə hərbi xidmətə gedib. Qarabağda, xüsusilə Laçın və Kəlbəcərdə ağır döyüşlərdə iştirak edib. Laçının Qaçay kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Kənd məktəbi Əlvan Nəbiyevin adını daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.