REGİONLAR


Şəhid anası: Prezidentimiz şəhid ailələri ilə görüşündə bizə nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi

Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC 

Birdəfəlik ödəmələrin verilməsi dövlətimizin bizim kimi şəhid ailələrinə yüksək diqqət və qayğısının göstəricisidir. Bizim ailəyə 11 min manat məbləğində birdəfəlik ödəmə olunub. Bundan əlavə, Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında da Fərman imzaladı. Bu Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edildi. Bundan əvvəl, bu məbləğ 242 manat idi. Biz dövlətimizdən çox razıyıq. Bir şəhid anası kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubanın Qam-qam kəndində yaşayan şəhid anası Yavər Abdullayeva söyləyib.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Y.Abdullayevanın oğlu Mübariz Abdulayev qəhrəmancasına şəhid olub. Mübariz cəbhəyə 1992-ci ilin mart ayında yollanıb. Qəhrəmanlığı ilə ad çıxaran qubalı döyüşçü həmin ilin sentyabr ayında düşmən gülləsinə tuş gəlib. Laçın uğrunda gedən döyüşdə şəhid olan M.Abdullayev doğulub boya-başa çatdığı Qam-qam kəndində dəfn edilib. Kəndin məktəbi şəhidin adını daşıyır.

Şəhidin anası Yavər Abdullayeva oğul itkisinin dözülməz dərd olduğunu, amma Mübarizin Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirir.

“Oğlum torpaqlarımızın azadlığı uğrunda həlak olub. Mübariz çox mərd, yurdunu sevən bir gənc idi. İndi kəndimizin məktəbi onun adını daşıyır. Onun döyüş yolu gənc nəsil üçün örnəkdir. Şəhid ailəsi olaraq daim dövlətimizin diqqət mərkəzindəyik. Mən bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Prezidentimiz şəhid ailələri ilə görüşündə bizə nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdi”, - deyə şəhid anası söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.