CƏMİYYƏT


Şəhid atası: Fəxr edirəm ki, oğlum Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçib

Bakı, 24 sentyabr, AZƏRTAC

Fəxr edirəm ki, oğlum Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçib. Torpaqlarımızın bütövlüyü, xalqımızın birliyi mənim üçün çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri şəhid Həsən Abdullayevin atası Aydın Abdullayev deyib. O qeyd edib ki, oğlu İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub: “Əslən Kəlbəcər rayonundanam lakin, erməni vandalları rayonumuzu işğal etdikdən sonra İsmayıllı rayonuna köçərək orada məskunlaşmışdım. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və dərin diplomatik bacarığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Sevinirəm ki, tezliklə öz yurdumuza, dədə-baba ocağımıza gedəcəyəm. Dövlətimizin qayğısını və diqqətini hər zaman hiss etmişik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.