CƏMİYYƏT


Şəhid baş gizir Mehman Yusifovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarını tanımaq və tanıtmaq məqsədilə keçirilən “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən, şəhid baş gizir Mehman Yusifovun doğum gününə həsr olunmuş növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı Qələbəmizin tarixi əhəmiyyətindən danışıblar.

Mərasimdə şəhidin yaxınları dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidə həsr olunmuş videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqi proqramı ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.