ELM VƏ TƏHSİL


Şəhid baş leytenant Amin Gülməmmədovun şəxsi əşyaları Tarix Muzeyinin fonduna daxil edilib

Bakı, 21 yanvar, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna şəhid Amin Gülməmmədovun şəxsi əşyaları daxil edilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Amin Gülməmmədov 1995-ci ildə Culfa rayonunda anadan olub. O, 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, 2013-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Xidməti dövründə bir çox diploma layiq görülüb. 2017-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb, Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Uğurlu xidmətinə görə 2019-cu ildə ona baş leytenant hərbi rütbəsi verilib.

Vətən müharibəsində iştirak edən Amin Gülməmmədov Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib. O, Xocavənddə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Amin Gülməmmədov “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.