REGİONLAR


Şəhid baş leytenant Fuad Bağırovun ailəsi övladının doğum günündə ziyarət olunub

Şirvan, 29 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti, baş leytenant Fuad Bağırovun övladı Aylin Bağırovanın bir yaşı tamam olduğu gün ailəsi ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Fuad Bağırovun övladı Aylinin bir yaşının tamam olduğu gün onu təbrik edənlər arasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, müavini Aynur Fərzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev də yer alıb.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir döyüşçümüzün xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayan icra başçısı şəhidin valideynlərinə belə qəhrəman övlad böyütdükləri üçün öz minnətdarlığını və təşəkkürünü bildirib. Şəhidin ailə üzvlərini Aylinin bir yaşı olması münasibətilə təbrik edib. Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidimizin atası Allahverdi Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.