CƏMİYYƏT


Şəhid döyüşçünün qardaşı: Ölkəmizin bütün ərazisində Azərbaycan bayrağının dalğalanacağı gün uzaqda deyil

Bakı, 4 fevral, AZƏRTAC

Hərbi qulluqçu Vahid Mehdiyev 1994-cü ilin aprelində Ağdərə uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşub. Onda atəşkəsə 20 gün qalırdı...

Bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksələnlərdən biri də o oldu - Vahid Saleh oğlu Mehdiyev. Vətənin dar günündə onun çağırışına hay verən gənc əsgərin döyüş yolu doqquz ay davam edib.

AZƏRTAC xəbər verir ki, şəhid hərbi qulluqçunun qardaşı Pənah Mehdiyev əvvəlcə Vahidin vətənpərvərlik hissi və keçdiyi döyüş yolu barədə danışıb.

O, ötən həftə Prezident Sarayında hərbi qulluqçuların vərəsələri ilə keçirilən görüşdə dövlət başçısı İlham Əliyevin söylədiyi fikirləri sitat gətirib: “Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır”.

Pənah Mehdiyev deyib: “Prezidentin dediyi kimi, ölkəmiz öz hərbi qüdrətini ildən-ilə gücləndirir və əlbəttə ki, bu, bizim qəlbimizi iftixar hissi ilə doldurur. Güclü ordu çox böyük qüvvədir və hərbi sahədə son illər əldə edilən zəfərlər məhz onun sayəsində əldə edilib.

Vətən torpağının düşmənlərdən təmizlənməsi zamanı həlak olanların xatirəsinə göstərdiyi ehtiram, humanistlik və ədalət nümunəsi göstərərək ayrı-seçkilik etmədən bütün şəhidlərin varislərinə birdəfəlik ödəmələrin verilməsi və aylıq sosial müavinətlərin artırılması da bu sahədə ən uğurlu addımlardan biridir. Elə bu münasibətinə görə Prezident İlham Əliyevə ailəmizin bütün üzvləri, o cümlədən anam Gülbaharın, qardaşım Əlinin, bacılarım Aləmzar və Nazangülün adından minnətdarlığımızı bildirir və dövlət başçısının apardığı ardıcıl siyasət nəticəsində ən yaxın zamanlarda torpaqlarımızın düşmən əsarətindən azad olunacağına inamımızı ifadə edirik. Ölkəmizin bütün ərazisində Azərbaycan bayrağının dalğalanacağı gün uzaqda deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.