REGİONLAR


Şəhid əsgərimiz İsmayıllıda dəfn edildi VİDEO

İsmayıllı, 13 iyul, AZƏRTAC 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Xəyyam Daşdəmirov 2002-ci ildə dünyaya gəlib, hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağırılıb. Tovuz rayonundakı “N” saylı hərbi hissədə qulluq edirdi. Düşmən hücumunun qarşısını alarkən ağır yaralanan X.Daşdəmirov həkimlərin səyinə baxmayaraq, şəhidlik zirvәsinә ucalıb.

Dəfn mərasimində rayonun icra hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər dövlət strukturlarının rəhbər heyətləri, habelə rayon sakinləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.