SİYASƏT


Şəhid gizir Cəmil Həşimlinin anım mərasimi keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi zamanı şəhid olan gizir Cəmil Həşimlinin xatirəsinə həsr edilmiş növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində şəhidin ailəsi, dostları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidin həyatından, vətənpərvərliyindən, keçdiyi döyüş yolundan və göstərdiyi şücaət nümunələrindən danışıblar.

Şəhidin anası Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.